Вернуться назад Распечатать

"Yuventus" 34 il əvvəlin antirekordunu təkrarladı

İtaliya çempionatında "Yuventus"un uğursuz seriyası "Latsio" ilə matçda da davam edib.

Liderxeber.az "Opta" nəşrinə istinadən xəbər verir ki, A seriyasının son turunda Roma klubu öz meydanında "Yeve"ni 1:0 hesabı ilə məğlub edib. Turinlilər ardıcıl 8 oyundur ki, qələbə qazana bilmirlər.

Bundan başqa, İqor Tudorun baş məşqçisi olduğu komanda ardıcıl dörd matçda qol vura bilməyib. "Yuventus"da belə bir uğursuz göstərici sonuncu dəfə 34 il öncə - Luici Mayfredinin kluba rəhbərlik etdiyi vaxt qeydə alınmışdı.

Xatırladaq ki, "Yuventus" səkkiz turdan sonra 12 xalla A seriyasında turnir cədvəlində səkkizinci yerdədir.