Вернуться назад Распечатать

“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

Liderxeber.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. 

Əvvəlcə “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. 

Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkəcək. 

Misli Premyer Liqası 
10-cu tur
1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” - “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov

17:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”