Вернуться назад Распечатать

Azərbaycanlı veteran cüdoçu dünya çempionatında bürünc medal qazanıb

Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Liderxeber.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançısı fəxri kürsüyə qalxıb.

M2 yaş kateqoriyasında çıxış edən Qurban Məmmədli mundialda bürünc medal əldə edib. +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisini məğlub edib.

Qeyd edək ki, Azərbaycan bu dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.