Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
Liderxeber.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları iki növdə çıxış edəcəklər.
Ölkə təmsilçilərindən Xəyal Əliyev (60-65 kq) muaytay, Leyla Əbdüləzizova isə duatlon yarışlarının finalında mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 36 mükafatla (5 qızıl, 12 gümüş, 19 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.