Вернуться назад Распечатать

"Napoli" səfərində "Qarabağ" azarkeşlərinə ayrılan yerlərin sayı açıqlandı - Biletlər satışda

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli" ilə matç üçün "Qarabağ" azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.

Liderxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun üçün biletlərin bu gün satışa çıxarılacağı da bildirilib.

"Stadio Diego Armando Maradona"da "Qarabağ"ın azarkeşləri üçün 2 480 yer ayrılıb.

Vauçerlər "iTicket.az" saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Bir biletin qiyməti 110 manatdır. Azarkeşlər ayrılmış sektorlara "Gate 26" vasitəsilə daxil olacaqlar.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-da, Bakı vaxtı ilə 00:00-da start götürəcək.