2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində I qrupunda mübarizəyə yekun vurulub.
Liderxeber.az xəbər verir ki, günün son matçları turnir cədvəli baxımından əhəmiyyətsiz olub.
Lider Norveç "San-Siro"da ikinci pillədəki İtaliyanın qonağı olub. Skandinavlar adlı-sanlı rəqibi onun öz meydanında darmadağın edərək seçmə mərhələni yüzfaizlik nəticə ilə başa vurubular - 1:4.