DÇ-2026-nın seçmə mərhələsinin son turu çərçivəsində İspaniya və Türkiyə millisi qarşılaşıb.
Liderxeber.az xəbər verir ki, görüşün 4-cü dəqiqəsində Dani Olmo İspaniyanın ilk qolunu vurub.
42-ci dəqiqədə Türkiyə yığmasının 21 yaşlı hücumçusu Deniz Gül dəqiq zərbə ilə ispanların qapısına yol tapıb.
Onu da bildirək ki, bu qol İspaniyanın E qrupunda qapısından buraxdığı ilk topdur.
***
54-cü dəqiqədə Salih Özcan komandasını önə çıxarıb.
***
62-ci dəqiqədə Oyarzabal İspaniyanın ikinci qolunu vuraraq hesabı bərabərləşdirib.
***
Matç 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında keçirilən əvvəlki qarşılaşmada Türkiyə İspaniyaya 0:6 hesabı ilə məğlub olmuşdu.