Вернуться назад Распечатать

Misli Premyer Liqası: "Turan Tovuz"la "Araz-Naxçıvan" heç-heçəyə razılaşdılar

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Liderxeber.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"ın qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə bitib.

Qolları 21-ci dəqiqədə Ba-Muaka Simakala ("Araz-Naxçıvan"), 78-ci dəqiqədə isə Ayxan Hüseynov ("Turan Tovuz") vurublar.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

08:00

Misli Premyer Liqasında XII turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, turun ikinci oyun gününə "Araz Naxçıvan" - "Turan Tovuz" oyunu ilə start veriləcək.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma saat 15:00-da başlayacaq.

Günün digər oyununda isə "Zirə" klubu "Qəbələ" komandası ilə üz-üzə gələcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:30-da start götürəcək.

Misli Premyer Liqası

XII tur

22 noyabr

15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Məmmədov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. "Zirə" - "Qəbələ"

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zirə İdman Kompleksinin stadionu