Вернуться назад Распечатать

AFFA "Araz-Naxçıvan" və "Turan Tovuz"u cərimələdi - Səbəb

Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2 500, "Turan Tovuz" isə 5 700 manat cərimələnib.

Liderxeber.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

XII turun "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2 500 manat cərimələnib.

"Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5 000 manat ziyana düşüb.

Bundan əlavə, Tovuz klubu oyunda dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.