Вернуться назад Распечатать

“Fənərbaxça”nın keçmiş ulduzu saxlanıldı

Türkiyə millisində, “Fənərbaxça”, “Beşiktaş” kimi klublarda çıxış etmiş sabiq futbolçu Gökhan Gönül saxlanılıb.

Liderxeber.az xəbər verir ki, o, bu gün səhər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutulub. 

G.Gönül birja manipulyasiyası etməkdə günahlandırılır. 

Qeyd edək ki, Gökhan Gönül 2008/16 və 2020/21-ci illər arasında “Fənərbaxça”da, 2016/20-ci illər arasında isə “Beşiktaş”da çıxış edib. O, Türkiyə millisinin formasında 66 dəfə meydana çıxıb.