Вернуться назад Распечатать

Bu ilin bombardirləri açıqlanıb

2025-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytında məlumat yer alıb.

Birinci pillədə İspaniyanın "Real Madrid" klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb. 26 yaşlı forvard cari ildə 60 dəfə rəqib qapılarına yol tapıb. O, artıq özünün əvvəlki illik rekordunu (56) ötüb və cari əsrdə Lionel Messi, Kriştianu Ronaldu, Robert Levandovski və Viktor Qyökereşdən sonra 60 qol həddinə çatan 5-ci oyunçu olub.

İngiltərə yığmasının və Almaniya təmsilçisi "Bavariya"nın oyunçusu Harri Keyn 54 qolla ikinci sırada yer alıb. İlk üçlüyü İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Norveç millisinin hücumçusu Erlinq Holand qapayır - 51 qol.

Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 30 noyabr aralığında baş tutan oyunlar nəzərə alınıb.