Вернуться назад Распечатать

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmmədəli Aşurəliyev (60 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Liderxeber.az xəbər verir ki, o, 1/32 finalda Visdom Barnorla (Syerra-Leone) qarşılaşıb.

Boksçu döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə öz xeyrinə bitirib. Dünya çempionatında debütdə qələbə qazanan Aşurəliyev növbəti görüşündə ilk mərhələdən azad olan Mrema (Tanzaniya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz dünya çempionatına 11 boksçu ilə yollanıb.