Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
63.5 kiloqram çəkidə Maqsud Xasmetov ruandalı rəqibi Pasifik Niyonzimanı nokautla məğlub edib. O, 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) qarşılaşacaq.
71 kiloqram çəkidə Sərxan Əliyev isə keniyalı Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə rinqə çıxacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.