Вернуться назад Распечатать

“Sabah”ın oyunundakı hakimlər cəzalandırıldı

Azərbaycan Basketbol Federasiyası ölkə çempionatının (ABL) 10-cu turunda baş tutmuş “Sabah” – “Abşeron Lions” oyunu barədə rəsmi açıqlama yayıb. 

Liderxeber.az xəbər verir ki, Azərbaycan Basketbol Liqasının (ABL) oyunları üç hakim sistemi ilə idarə olunur.

Lakin sözügedən qarşılaşmada olduğu kimi fors-major hallarda FIBA qaydalarına əsasən (FIBA qaydaları 45-ci maddə) oyunun iki hakimlə başlanmasına, üçüncü hakimin oyuna sonradan qoşulmasına və ya görüşün iki hakimlə tamamlanmasına heç bir maneə yoxdur.

Bu səbəbdən, müvafiq oyunda yaranmış fors-major vəziyyəti ilə əlaqədar olaraq, oyunun iki hakimlə başlaması hər iki kluba təklif olunmuş və daha sonra klubların qarşılıqlı razılığı əsasında qarşılaşma iki hakimlə başlayıb, birinci periodun gedişində üçüncü hakimin oyuna qoşulması ilə görüş üç hakim sistemi ilə davam etdirilərək başa çatdırılıb.

Oyunla bağlı qeydə alınan digər məsələ hakimlərin idarəçiliyi ilə əlaqədar olub. Aparılan ətraflı təhlil nəticəsində qarşılaşma ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilib. Lakin bu səhvlərin oyunun yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib. 

Buna baxmayaraq, sözügedən oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb.