Вернуться назад Распечатать

"Qarabağ"ın rəqibi yeni hücumçu transfer edir

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi "Ayntraxt Frankfurt" komandası heyətini yeni hücumçu ilə gücləndirir.

Liderxeber.az "Sky Germany"ə istinadən xəbər verir ki, klub "SV Elversberq"dən Yunes Ebnutalibi transfer etmək üzrədir.

"Ayntraxt Frankfurt" 22 yaşlı hücumçu üçün 8 milyon avroya razılığa gəlib. Yunes Ebnutalibi hazırda Almaniyanın ikinci divizionunda 12 qol vuraraq 2-ci Bundesliqanın ən çox qol vuran oyunçusudur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" oyunu 2026-cı il yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.