Вернуться назад Распечатать

“Neftçi” “Kayrat”la bu tarixdə oynayacaq

Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirəcək “Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

Liderxeber.az xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq. 

Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” sonuncu görüşlə Abu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.