Вернуться назад Распечатать

"Nyukasl Yunayted"in oyunçusu Premyer Liqanın tarixinə düşdü

"Nyukasl Yunayted"li Harvi Barnsın İngiltərə çempionatının XXI turunda "Lids Yunayted"lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol Premyer Liqa tarixində bu cür məlumatların saxlanmasına başlanılmasından (2006/2007 mövsümündən) bəri ən son qələbə qolu olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "OptaJoe X" məlumat yayıb.

Qeyd edək ki, Barnsın 102-ci dəqiqədə vurduğu qolun hesabına "Nyukasl Yunayted" rəqibini 4:3 hesabı ilə məğlub edib.

Hazırda "Nyukasl" turnir cədvəlində 32 xalla altıncı, "Lids" isə 22 xalla 16-cı yerdədir.