Вернуться назад Распечатать

UEFA bu qaydaya dəyişiklik təklifini dəstəkləmədi

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) futbolun ofsayd qaydasının dəyişdirilməsi ilə bağlı irəli sürülən təklifi qəbul etməyib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Britaniyanın “The Times” nəşri yazıb.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın “AS” qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də keçiriləcək iclasında ofsayd qaydasına mümkün dəyişiklikləri müzakirə edəcəyini bildirmişdi.

Hazırkı qaydaya əsasən, ötürmə anında hücum edən futbolçunun bədəninin istənilən hissəsi (əllər və çiyinlər istisna olmaqla) qapıçı da daxil olmaqla, sonuncudan əvvəlki müdafiəçidən rəqib qapısına daha yaxın olarsa, oyunçu ofsayd vəziyyətində sayılır.