Вернуться назад Распечатать

Qurban Qurbanov Bəhlul və Nərimanı heyətdən kənarda saxladı

“Qarabağ” bu gün Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşündə “Şamaxı” ilə qarşılaşacaq.

Liderxeber.az xəbər verir ki, artıq matç üçün heyətlər açıqlanıb. 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Bəhlul Mustafazadə və Nəriman Axundzadəni 23 nəfərlik heyətdən kənar saxlayıb. 

Daha çox ikinci heyəti meydana buraxan təcrübəli çalışdırıcının bu oyunçuları protokola salmaması maraq doğurur. 

Bəhlul Mustafazadənin yoxluğunu anlamaq olar. Bütün matçlarda demək olar ki, meydana çıxan müdafiəçiyə vacib matçlar öncəsi istirahət verilib. 

Amma son zamanlarda forma şansı qazana bilməyən Nəriman Axundzadənin kubok matçında “23-lüy”ə belə salınmaması sual doğuran məqamdır. 

“Qarabağ”ın heyəti isə belədir:

Start “11-lik”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran