Вернуться назад Распечатать

Vilfrid Zaha "Qalatasaray"la müqavilə imzalayıb

"Qalatasaray" yeni transferi Vilfrid Zaha ilə müqavilə imzalayıb.

LiderXəbər xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahilindən olan hücumçu ilə 3 illik sözləşmə imzalanıb.

30 yaşlı forvard "Qalatasaray"da illik 4 milyon 350 min avro maaş alacaq.

Qeyd edək ki, 2014-cü ildən "Kristal Palas"da çıxış edən Fildişi Sahili millisinin üzvü ötən ay bu klubdan ayrılıb. O, ötən mövsüm "Kristal Palas"da 27 oyuna 7 qol vurub. Onun adı "Fənərbaxça" ilə də hallanırdı.