Вернуться назад Распечатать

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Liderxeber.az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

01:13

"Qarabağ" top fərqini yenidən minimuma endirib.

Liderxeber.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.