Вернуться назад Распечатать

Arda Turandan UEFA-ya - Çağırış

“Şaxtyor Donetsk” komandasının baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsində “Lex Poznan” ilə keçiriləcək oyun barədə danışıb.

Liderxeber.az xəbər verir ki, o, Türkiyə ilə bağlı gözlənilməz planını da açıqlayıb.

Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” püşkatmanın nəticəsinə əsasən 1/8 finalda Polşanın “Lex Poznan” komandası ilə qarşılaşacaq. Arda Turan matçla bağlı açıqlamasında cavab oyununu Türkiyədə keçirmək istədiyini bildirib.

“UEFA Konfrans Liqasında “Lex Poznan” ilə cavab matçını Türkiyədə oynamaq istəyirəm. Ümid edirəm ki, UEFA icazə verəcək. Əgər Göztepe bizi qəbul etmək istəsə, “Lech Poznan” matçını İzmirdə oynamaq istərdik. Bununla çox fəxr edərdim. Düşünürəm ki, türk xalqı bizi, Ukrayna xalqını dəstəkləyəcək”, 39 yaşlı mütəxəssis qeyd edib.

Arda Turan Türkiyədə keçiriləcək mümkün oyunun həm idman, həm də mənəvi baxımdan önəmli olacağını vurğulayıb.

Qeyd edək ki, “Şaxtyor” ilk oyununu martın 12-də “Lex Poznan”a qarşı keçirəcək. Cavab matçı isə martın 19-da oynanılacaq.