Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilir.
Liderxeber.az xəbər verir ki, ilk oyun günündə "Zirə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.
Xatırladaq ki, bu cütlük arasında keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnib.
Azərbaycan kuboku
1/4 final
19:00. "Zirə" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda "Turan Tovuz" - "Kəpəz" cütünün qalibi ilə üz-üzə gələcək.