"İdman zamanı su qəbulunun həcmi ilk növbədə orqanizmin faktiki ehtiyaclarına əsaslanmalıdır. Məsələn, velotrenajorda təxminən 15 dəqiqəlik adi məşq zamanı orta hesabla 500-1000 ml suya ehtiyac yarana bilər".
Liderxeber.az xəbər verir ki, bunu Aif.ru-ya endokrinoloq-diyetoloq Anton Polyakov deyib.
Mütəxəssis əlavə edib ki, söhbət marafon qaçışından və ya uzunmüddətli velosiped sürməkdən gedirsə, suya tələbat daha çox olur.
"Əsas məsələ faktiki ehtiyaca diqqət yetirməkdir. Orqanizm suya ehtiyac duyduğu zaman sizi aldatmayacaq. Bu ehtiyacı göstərən müəyyən bədən əlamətləri ortaya çıxacaq. İdman zamanı su qəbulunda hər hansı universal rəqəmə deyil, məhz orqanizmin göndərdiyi siqnallara əsaslanmaq daha düzgün yanaşmadır", - deyə həkim bildirib.