Вернуться назад Распечатать

“Zirə” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha 2 oyunu keçiriləcək.

Liderxeber.az xəbər verir ki, günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Matç saat 18:30-da başlayacaq.

Digər görüşdə isə “Neftçi” evdə “Turan Tovuz”la qarşılaşacaq.

Bu oyun isə 20:30-da start götürəcək.