“Santos”un hücumçusu Neymar həftəsonunu qumara həsr edib.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu saatlarla onlayn poker oynayıb.
Məlumatda qeyd olunub ki, o, şənbə günü saat 14:30-dan 22:00-a qədər vaxtını oyunda keçirib. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub.
Qeyd edək ki, A seriyasında “Kruzeyro” - “Santos” oyunu bazar günü saat 16:00-da keçirildiyi halda Neymar həmin vaxt da poker turnirində iştirak edib.
Xatırladaq ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı millinin heyətinə daxil etməyib.