Вернуться назад Распечатать

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.

Liderxeber.az xəbər verir ki, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andriçlə üz-üzə gələcək.

Ruzanna Məmmədova (62 kq) Ukrayna təmsilçisi İlona Prokopevnyuku sınağa çəkəcək.

Birgül Soltanova (65 kq) 1/4 finalda Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.