Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.
Liderxeber.az xəbər verir ki, ilk oyun günündə PSJ öz meydanında "Bavariya"nı qəbul edəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da çalınacaq.
Yarımfinalın digər oyunu isə sabah keçiriləcək. "Atletiko Madrid" doğma meydanda "Arsenal"ı qəbul edəcək.
28 aprel
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00, PSJ - "Bavariya"
Qeyd edək ki, yarımfinal qarşılaşmalarının cavab oyunları mayın 5-i və 6-da keçiriləcək.