Вернуться назад Распечатать

ABŞ bu ölkənin millisinin 5 futbolçusuna viza vermədi

ABŞ İraq millisinin 5 futbolçusuna dünya çempionatında iştirak üçün viza verməyib.

Liderxeber.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasınnı rəsmisi Qalib əl-Zameli məlumat verib.

O bildirib ki, yığmanın oyunçuları - İbrahim Bayeş Mohanad Ali, Zaid Tahsin, Heydar Abdulkərim və Ali al-Hamadi vizadan məhrum olunub: “Onlar dünya çempionatında iştirak etməyəcək”.

Həmin oyunçulardan Ali al-Hamadi İngiltərənin “Luton Taun” klubunun üzvüdür.

İraq Futbol Federasiyası bununla bağlı FİFA-ya müraciət edib.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.