Вернуться назад Распечатать

"Real Madrid"də böyük dönüş: Mourinyo klubda xüsusi səlahiyyətlərə malik olacaq

Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Real Madrid" klubunun yeni baş məşqçisi təyin edilib. Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb və anlaşma prosesi tamamilə yekunlaşıb.

Liderxeber.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Qeyd olunub ki, Madrid təmsilçisi Mourinyonun hazırkı klubu "Benfika"ya müqavilənin vaxtından əvvəl pozulmasına görə 6 milyon avro məbləğində təzminat ödəyəcək.

Bir müddət əvvəl mətbuatda yayılan xəbərlərdə mütəxəssisin "Kral Klubu"nda transferlər həyata keçirilərkən həlledici səs hüququna malik olacağı bildirilirdi.

Xatırladaq ki, Joze Mourinyo 2010-2013-cü illərdə də "Real Madrid"in sükanı arxasında olub. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğunu, ölkə Kubokunu və Superkubokunu qazanıb.