Вернуться назад Распечатать

Ukrayna millisinə əcnəbi baş məşqçi təyin olundu

Ukrayna Futbol Assosiasiyası (UFA) milli komandanın yeni baş məşqçisinin təyinatını rəsmən elan edib.

Liderxeber.az xəbər verir ki, yığmanın sükanı arxasına italiyalı mütəxəssis Andrea Maldera keçib.

Baş məşqçinin namizədliyi Milli Komandalar Komitəsinin təqdimatı əsasında UFA-nın İcraiyyə Komitəsi tərəfindən təsdiqlənib. Andrea Maldera ilə imzalanan müqavilənin müddəti uzadılma ehtimalı ilə birlikdə iki il nəzərdə tutulub. Bu təyinatla Ukrayna millisinə tarixdə ilk dəfə olaraq əcnəbi məşqçi rəhbərlik edəcək.

Qeyd edək ki, 55 yaşlı mütəxəssis Andrea Maldera, karyerası ərzində İtaliyanın "Milan", İngiltərənin "Brayton" və Fransanın "Marsel" klublarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, həmçinin 2016-2021-ci illərdə Ukrayna millisinin məşqçilər qərargahında Andrey Şevçenkonun assistenti kimi fəaliyyət göstərib.