Вернуться назад Распечатать

"El Klassiko" bu tarixdə baş tutacaq

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

LiderXəbər xəbər verir ki, püşkün nəticəsinə görə, yarımfinal mərhələsində “Real” (Madrid) “Barselona”ya rəqib olub.

İlk oyun martın 1-də “Santyaqo Bernabeu” stadionunda, cavab qarşılaşması isə aprelin 5-də “Kamp Nou”da keçiriləcək.

Digər yarımfinal oyununda isə “Atletik” (Bilbao) və “Osasuna” komandaları üz-üzə gələcəklər.