Futbol üzrə Şotlandiya milli komandası 2026-cı ildə baş tutacaq dünya çempionatı üçün mübarizə aparacaq yekun heyətini ictimaiyyətə açıqlayıb.
Liderxeber.az xəbər verir ki, yığmanın baş məşqçisi Stiv Klark mundialda güvənəcəyi 26 futbolçudan ibarət siyahıda komandanın ən önəmli fiqurlarına yer ayırıb.
Qapıçılar: Kreyq Qordon ("Harts"), Anqus Qann ("Nottingem Forest", İngiltərə), Liam Kelli ("Reyncers");
Müdafiəçilər: Qrant Hanli ("Hibernian"), Cek Hendri ("Əl-İttfaq", Səudiyyə Ərəbistanı), Aaron Hiki ("Brentford", İngiltərə), Dom Huam ("Reksem"), Skott Makkenna (Zaqreb "Dinamo"su, Xorvatiya), Natan Patterson ("Everton", İngiltərə), Entoni Ralston ("Seltik"), Endryu Robertson ("Liverpul", İngiltərə), Con Souttar ("Reyncers"), Kiran Tirni ("Seltik");
Yarımmüdafiəçilər: Rayan Kristi ("Bornmut", İngiltərə), Findley Kurtis ("Kilmarnok"), Luis Ferqyuson ("Bolonya", İtaliya), Ben Qannon-Doak ("Bornmut", İngiltərə), Billi Qilmur ("Napoli", İtaliya), Con Makqinn ("Aston Villa", İngiltərə), Kenni Maklin ("Norviç", İngiltərə), Skott Maktominey ("Napoli", İtaliya);
Hücumçular: Çe Adams ("Torino", İtaliya), Lindon Daks ("Çarlton", İngiltərə), Corc Herst ("İpsviç", İngiltərə), Lorens Şenklend ("Harts"), Ross Stüart ("Sauthempton", İngiltərə).
Xatırladaq ki, Şotlandiya yığması mötəbər turnirin qrup mərhələsində Haiti, Mərakeş və Braziliya milliləri ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcək. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.