Misli Premyer Liqasında sonuncu – 33-cü tura bu gün bir oyunla start veriləcək.
Liderxeber.az xəbər verir ki, turun ilk matçında “Qəbələ” “Şamaxı” ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:30-da Qəbələ şəhər stadionunda start götürəcək. Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.
Tura mayın 24-də yekun vurulacaq.