Вернуться назад Распечатать

“Neftçi”dən mövsümdə ilk transfer

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Liderxeber.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb. 

Məlumata görə, “Şamaxı”dan ayrılan sol cinah müdafiəçisi Rüfət Abbasov “Neftçi” ilə 3 illik müqavilə bağlayıb. 21 yaşlı futbolçu klubda “3” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov 2021/22-ci illər mövsümündə əsas komandanın heyətində 2 rəsmi oyunda iştirak edib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.