"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
Liderxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2025-ci ilin yayından komandada çıxış edən Kot-d'İvuardan olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
