Вернуться назад Распечатать

“Kəpəz”in yeni rəhbəri bəlli oldu

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. O bu postda Adil Vəliyevi əvəz edib. 

Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.