Вернуться назад Распечатать

Avropa Liqasında pley-off həyəcanı: "Beşiktaş" və "Trabzonspor" ilk sınaqlarına çıxırlar

Türkiyə təmsilçiləri "Beşiktaş" və "Trabzonspor" bu axşam UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxacaqlar.

Liderxeber.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda Litvanın "Kauno Jalqiris" klubunu, "Trabzonspor" isə evdə Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək.

İstanbulda yerləşən "Tüpraş" stadionunda keçiriləcək "Beşiktaş" - "Kauno Jalqiris" və "Şenol Güneş Spor Kompleksində" keçiriləcək "Trabzonspor" - "Ferentsvaroş" matçının hər ikisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, hər iki cütün cavab qarşılaşmaları avqustun 27-də keçiriləcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi

20 avqust

Saat 21:00, "Beşiktaş" - "Kauno Jalqiris";

Saat 21:00, "Trabzonspor" - "Ferentsvaroş".