"Sabah" klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.
Liderxeber.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.