Вернуться назад Распечатать

Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Liderxeber.az xəbər verir ki, B Liqasının B1 qrupunda mübarizə aparan komandamız Albaniyanın Rroqojinye şəhərində İrlandiya yığması ilə qarşılaşıb.

Qarşılaşma İrlandiya millisinin 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan U-17 millisi növbəti oyununu oktyabrın 1-də Kosovoya, daha sonra isə oktyabrın 4-də Albaniyaya qarşı keçirəcək.