Вернуться назад Распечатать

“Turan Tovuz” “Fənərbaxça”ya qarşı

Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında  yoldaşlıq oyunu keçirəcək.

Liderxeber.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.

Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.

3 oktyabr

20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.