Вернуться назад Распечатать

Murad Fətiyev yarımfinalda uduzdu - Bürünc üçün yarışacaq - Yenilənib

Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

Liderxeber.az xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.

S.Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.

E.Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, S.Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.
M.Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.

Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

***

Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

O, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.

***

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.

Cüdoçumuz 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.

***

Süleyman Şükürov 1/16 finalda yaponiyalı 4 qat dünya çempionu Qoki Tayimaya uduzub. 

***

Elcan Hacıyev 1/16 finalda kanadalı Yanq Kiqanı ipponla məğlub edib. 

***

Azərbaycanın daha bir cüdoçusu Murad Fətiyev yunanıstanlı Teodoros Tselidisə qalib gəlib.

***

Elcan Hacıyev 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya ipponla uduzub. 

***

Murad Fətiyev 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulayda qalib gələrək 1/4 finala çıxıb. 

***

Murad Fətiyev fransalı Aleksa Mitroviçə ipponla qalib gələrək yarımfinala çıxıb. 

***

Murad Fətiyev yarımfinalda yaponiyalı 4 qat dünya çempionu Qoki Tayimaya uduzaraq bürünc medal üçün yarışacaq.