Вернуться назад Распечатать

“Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. 

Liderxeber.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək.

“Şəfa” “Kəpəz”i, “Neftçi” isə “Turan Tovuz”u qəbul edəcək. 

Bu turun mərkəzi qarşılaşması olan “Sabah” - “Qarabağ” matçı isə sabah keçiriləcək.

Misli Premyer Liqası

IX tur

24 oktyabr (şənbə)

16:30, “Şəfa” - “Kəpəz” 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)

“SOCAR Polymer Arena”

19:00, “Neftçi” - “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”

25 oktyabr (bazar)

15:00. “İmişli” - “Şamaxı”

18:00. “Sabah” - “Qarabağ”

23 oktyabr (cümə)

“Araz-Naxçıvan” - “Qəbələ” - 1:2

“Zirə” - “Sumqayıt” - 3:2 

Bombardirlər:

Breno Almeyda (“Neftçi”) - 7 qol

Coy-Lens Mikels (“Sabah”) - 5 qol

Aleksey Kaşuk (“Qarabağ”) - 4 qol