Вернуться назад Распечатать

“Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq

Türkiyənin “Qalatasaray” klubu rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovla yeni müqavilə imzalamağa hazırlaşır.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi 21 yaşlı futbolçunun illik maaşını 3,25 milyon avrodan 5 milyon avroya yüksəltmək niyyətindədir.

Klub rəhbərliyi həmçinin Batrakovun müqaviləsində nəzərdə tutulan 55 milyon avroluq sərbəstqalma məbləğini ləğv etmək istəyir. Bununla bağlı futbolçunun agenti Vladimir Kuzmiçev İstanbula dəvət olunub.

Qeyd edək ki, Batrakov 2026-cı ilin avqustunda Moskva “Lokomotiv”indən 25 milyon avro və bonuslar qarşılığında “Qalatasaray”a transfer edilib. Onun klubla müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir. Rusiyalı futbolçu İstanbul təmsilçisinin heyətində indiyədək 6 qol vurub ki, bunlardan 4-ü UEFA Çempionlar Liqasına təsadüf edib.