Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Liderxeber.az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.
“Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Şamaxıda keçiriləcək oyunu Emin Əliyev idarə edəcək.
Günün digər görüşü “Şəfa” və “Qəbələ” arasında olacaq. Bu oyun isə Əli Əliyevə tapşırılıb.
Daha öncə keçirilən “İmişli” – “Zirə” matçında (2:2) qalib müəyyənləşməyib, “Sumqayıt” “Sabah”a (1:5) məğlub olub. “Araz-Naxçıvan” – “Neftçi” və “Kəpəz” – “Qarabağ” matçları sabah keçiriləcək.