Вернуться назад Распечатать

"Real"ın fəxri prezidenti vəfat etdi

"Real"ın əfsanəvi futbolçusu və klubun fəxri prezidenti Amansio Amaro 83 yaşında vəfat edib.

LiderXəbər xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

O, 1962-1976-cı illərdə "Real"da oynayıb, klubla 9 İspaniya çempionluğu, 3 Kral kuboku qazanıb və 1966-cı ildə UEFA Çempionlar Liqasının qalibi olub. A.Amaro 14 mövsümdə  Madrid təmsilçisində 471 oyuna çıxıb və 155 qol vurub.

2022-ci ildən o, klubun fəxri prezidenti idi.

Qeyd edək ki, A.Amaro 1964-cü ildə Avropa çempionu olduğu İspaniya millisinin heyətində 42 oyun keçirib və 11 qol vurub.