Вернуться назад Распечатать

Dünya çempionumuzdan təsnifat turnirində qələbə

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.

92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib. Dünya çempionu rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Dominqes 1/8 finalda Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də baş tutacaq. Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) da rinqə çıxacaq.