Вернуться назад Распечатать

"Qalatasaray" Avropa Liqasında "Tottenhem"ə qalib gəlib

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.

Liderxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi IV turun ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.

"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31, 39) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında üçüncü qələbəsini qazanıb.