Вернуться назад Распечатать

"Abşeron" turnir cədvəlində liderliyini daha da möhkəmləndirib

Bu gün baş tutan "Abşeron" "Unec" qarşılaşmasında 3:0 hesabı ilə bir addım da önə çıxan "Abşeron" turnir cədvəlində liderliyini daha da möhkəmləndirib.

Liderxeber.az xəbər verir ki, 3 setdən ibarət olan matçda rəqibinə 1 xal belə verməyən komanda setlərdə də öz gücünü ortaya qoyub. Bu günə qədər bütün qarşılaşmaları qələbə ilə başa vuran "Abşeron" xallarının sayına görə, bütün rəqiblərini geridə qoymaqda davam edir.