Yango və Nar Yeni il əhval-ruhiyyəsi bəxş edir: 400 şans və avtomobil udmaq imkanı
Yango Ride servisi və mobil operator Nar Yeni il aksiyasının başladığını elan edirlər.
Yango Ride öz istifadəçilərini iri şirkətlərlə əməkdaşlıq vasitəsilə sevindirməyə davam edir – bu dəfə servis mobil operator Nar ilə birləşərək abunəçilər üçün xüsusi bayram kampaniyası hazırlayıb. Yango-da ilk dəfə səyahət edən hər bir Nar abunəçisi tərəfdaşın Yeni il lotereyasında iştirak üçün 400 şanslıq paket əldə edir. Əsas mükafat –heyrətləndirən Li Auto L9 Ultra avtomobilidir.
Aksiya 28 noyabr – 21 dekabr 2025 tarixləri arasında keçirilir, final tirajı isə 9 yanvar 2026-cı ildə baş tutacaq.
Necə işləyir
- 070 və 077 prefiksləri olan Nar abunəçiləri iştirak edir – əgər onlar Yango tətbiqi vasitəsilə hələ heç vaxt səfər sifariş etməyiblərsə.
- İlk tamamlanmış səfərdən sonra 400 şans hesablanır.
- Şansların hesablanması üç iş günü ərzində həyata keçirilir.
- Şansları Nar+ tətbiqində, lotereyanın saytında, SMS vasitəsilə və ya 77#YES komandası ilə yoxlamaq mümkündür.
Nar lotereyasının mükafatları
- Əsas mükafat: Li Auto L9 Ultra
- Əlavə hədiyyələr və tam qaydalar tərəfdaşın saytında dərc olunub: https://lotereya.nar.az/ru/terms-rules
Vacibdir
Şansların hesablanması və saxlanması, lotereyaların keçirilməsi, qaliblərin seçilməsi və mükafatların təqdim olunması Nar tərəfindən həyata keçirilir. Yango Ride yalnız istifadəçilərin ilk səfər çərçivəsində iştirakını təmin edir və qaliblərin müəyyənləşdirilməsində iştirak etmir.
